Regional məsələlər komitəsinin onlayn iclasında 2 məsələ müzakirə olundu | 1news.az | Xəbərlər
Siyasət

Regional məsələlər komitəsinin onlayn iclasında 2 məsələ müzakirə olundu

16:13 - 01 / 04 / 2020
Regional məsələlər komitəsinin onlayn iclasında 2 məsələ müzakirə olundu

Aprelin 1-də Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib.

1news.az-ın xəbərinə görə, komitə sədri  Siyavuş Novruzov bildirib ki, gündəlikdə iki məsələ müzakirə olunacaq.    Birinci - Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi, ikinci isə “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə məsələ.

Komitə sədri  Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında fikirlərini bildirdikdən sonra Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini Vilayət Zahirovun məsələ ilə bağlı məlumatları dinlənilib.

İclasda sonra  “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Qanun layihəsi  müzakirəyə təqdim edilib.

Hər iki qanun layihəsi barədə komitə üzvləri - Tahir Rzayev, Elşən Musayev,  Nizami Cəfərov,   Fəttah Heydərov,   Kamran Bayramov,  Səbinə Xasayeva, Aqil Məmmədov,  Malik Həsənov,  Cavid Osmanov,  Məzahir Əfəndiyev, Emin Hacıyev,  Əliabbas Salahzadə çıxış edərək, öz fikir və rəylərini bildirdilər.

Fikir mübadiləsindən  sonra hər iki məsələ   Milli Məclisin müzakirəsinə tövsiyə edilib.

Qafar Ağayev

Paylaş:
953

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər