Latviya XİN Dağlıq Qarabağda keçirilən qanunsuz “seçkiləri” tanımadığını bəyan edib | 1news.az | Xəbərlər
Siyasət

Latviya XİN Dağlıq Qarabağda keçirilən qanunsuz “seçkiləri” tanımadığını bəyan edib

18:11 - 01 / 04 / 2020
Latviya XİN Dağlıq Qarabağda keçirilən qanunsuz “seçkiləri” tanımadığını bəyan edib

Latviya XİN-in rəsmi “Twitter” hesabında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma prezident və parlament seçkiləri ilə əlaqədar bəyanat yayılıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda Latviya tərəfinin “Dağlıq Qarabağda keçirilən qondarma prezident və parlament seçkilərini legitim olaraq tanımadığı” bildirilir. Həmçinin Latviyanın “ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik səylərini dəstəkləməyə davam etdiyi” qeyd olunub.

1news.az

Paylaş:
485

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər