Kanada Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Dağlıq Qarabağdakı “seçkilər”i tanımır
 
            
            
            “Kanada Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və martın 31-də Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər”i tanımır”.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Kanadanın Türkiyədəki səfirliyi "Twitter" səhifəsində bildirib.
“Kanada Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və martın 31-də Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər”i tanımır. Bu cür "seçkilər" Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün ATƏT-in Minsk Qrupunun da səyləri daxil olmaqla, göstərilən bütün səyləri sarsıdır”, - deyə qeyd olunub.
 
S.Xankişiyeva
645












