“Kurtlar vadisi”nin aktyoru koronavirusdan öldü - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Kurtlar vadisi”nin aktyoru koronavirusdan öldü - FOTO

11:31 - 01 / 04 / 2020
“Kurtlar vadisi”nin aktyoru koronavirusdan öldü - FOTO

"Kurtlar Vadisi Pusu" serialında canlandırdığı Ordinaryuis obrazı ilə məşhurlaşan aktyor Turhan Kaya koronavirusdan vəfat edib.

1news.az publika.az-a istinadən xəbər verir ki, aktyor 10 gün əvvəl öskürək şikayəti ilə xəstəxanaya gedib. Xəstəxanada müalicə alan kino ulduzu daha sonra reanimasiyaya yerləşdirilib. Bütün müdaxilələrə baxmayaraq, Tarhan Kayanın həyatını xilas etmək mümkün olmayıb. Aktyorun oğlu Teo atasının koronavirus infeksiyasından vəfat etdiyini açıqlayıb.

Turhan Kayanın ailə üvlərinə də COVID-19 testi edilib, ancaq heç birinin infeksiyaya yoluxmadığı üzə çıxıb. Onun Fransa vətəndaşı olan keçmiş həyat yoldaşı xaricdə olduğu üçün yas mərasiminə qatıla bilməyib.

Aktyor sonuncu dəfə "Halka" serialında rol almışdı.

1news.az

Paylaş:
1343

Son xəbərlər

Bütün xəbərlər