Vüqar Bayramov: “Dövlət sahibkarlara dəstək olur ki, sahibkarlar da öz işçi heyətini qoruyub saxlasın” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Vüqar Bayramov: “Dövlət sahibkarlara dəstək olur ki, sahibkarlar da öz işçi heyətini qoruyub saxlasın”

16:38 - 02 / 04 / 2020
Vüqar Bayramov: “Dövlət sahibkarlara dəstək olur ki, sahibkarlar da öz işçi heyətini qoruyub saxlasın”

“Ölkə Prezidentinin tapşırığı ilə koronavirusun Azərbaycan iqtisadiyyatına, eləcə sahibkarlara vurduğu ziyanın minimumlaşdırılması ilə bağlı 4 işçi qrupu yaradılıb”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. V. Bayramov bildirib ki, artıq həmin işçi qruplarından biri iqtisadi sektor üzrə formalaşmış qrup, öz təkliflərini, eyni zamanda hazırlanmış paketi ölkə Prezidentinə təqdim edib:

“Paket 10 proqramdan ibarətdir. Paketin hazırlanmasında məqsəd həm koronavirusun iqtisadiyyata, eləcə də sahibkarlara vurduğu ziyanın minimumlaşdırılması, bununla bağlı dövlət tərəfindən həm birbaşa maliyyə dəstək və eyni zamanda dolayı dəstək proqramının təqdim olunmasıdır. Nəzərə alsaq ki, təşviqedici Proqrama vergi güzəştləri, kreditlərə güzəştlərin tətbiq edilməsi, ipoteka kreditləşdirilməsinin genişləndirilməsi kimi tətbiqedici proqramlar daxildi. Proqram praktik olaraq həm sahibkarın, həm də özəl sektorda muzdla çalışan vətəndaşlarımızın dəstəklənməsini həyata keçirir. Nəzərə alsaq ki, proqramın hazırlanması üçün ayrılan vəsait və bütövlükdə nəzərdə tutulan fəaliyyətlərin reallaşması üçün ayrılan vəsait 2,5 milyard manatdır. Birinci mərhədələ 1 milyard manat vəsaitin ayrılması nəzərdə tutulmuşdu. Daha sonra ölkə Prezidentinin tapşırığı ilə bu rəqəm 2,5 milyard manata qədər artırılıb. Bu Azərbaycanda ümumidaxili məhsulun 3 faizi deməkdir. Azərbayan koronavirusun iqtisadiyyata, eləcə də sahibkarlara vurulan ziyanın minimumlaşdırdılması ilə bağlı tədbirlərə ayırdığı vəsaitin Ümumi Daxili Məhsul həcminə görə MDB-də birincidir. Bu da ondan xəbər verir ki, hökumət koronavirusun ziyanlarını mövcud maliyyə imkanları daxilində minimumlaşdırmağa çalışır. Nəzərə alsaq ki, hazırda muzdla çalışan işçilərin sayı 1 milyon 555 min nəfərədir, onlardan 900 mindən artığı neft və dövlət sektorunda çalışır. Həmin sektorda çalışan vətəndaşlarımız məzuniyyətdə olsalar belə, dövlət tərəfindən onların ödənişləri həyata keçiriləcək. Digər özəl sektorda 600 mindən artıq muzdla çalışan işçi var. Proqramın mahiyyıti ondan ibarətdir ki, sahibkarla yanaşı, muzdla işləyən vətəndaşlarımızın sosial təminatı dəstəklənsin. O baxımdan birinci proqram 300 mindən çox işçinin əməkhaqqısının 50 faizinin dövlət tərəfindən tərəfindən kompensasiya edilməsini nəzərədə tutur. Bu əslində o anlama gəlir ki, dövlət əməkhaqqını kompensasiya etməklə həmin sektorlarda işçilərin ixtisar edilməməsinə çalışır. Məqsəd ondan ibarətdir ki, dövlət sahibkarlara dəstək olur və sahibkarlar da öz işçi heyətini qoruyub saxlasın, işçilərini ixtisar etməsinlər. Bütövlükdə 4 sektor, 20 fəaliyyət sahəsinə koronavirusun təsirlərinin olması müəyyənləşib. Onların bir qismində təsirlər daha çoxdur, 9 fəaliyyət sahəsinə isə 70 faiz təsir olub, 11 sahədə isə 100 faiz təsir olub. Əməkhaqqı fondu kompensasiya edilən zaman orta aylıq əməkhaqqı məbləğə nəzərə alınır, yanvar ayında 712 manat olmuşdu. Orta aylıq əməkhaqqı maksimal həddir, bəzi şirkətlərdə isə real orta aylıq əməkhaqqı səviyyəsindən istifadə oluncaq”.

V.Bayramov bildirib ki, digər proqram 290 mindən çox mikro və fərdi sahibkarın dəstəklənməsidir

“Burada vöenlə işləyən sahibkarlarımıza maliyyə dəstəyi həyata keçiriləcək. Bu təxminən 292 min  mikro və fərdi sahibkarın faydalanmasına imkan verəcək. Eyni zamanda təbii ki, ən vacib məqamlardan biri proqranın və təkliflərin yalnız koronavirus dövrünün deyil, eyni zamanda postkoronavirus dövrünün də nəzərə alınmasıdır. Belə ki, koronavirus dövründə mənfi təsirlərin minimumlaşdırılması əsas hədəfdir, amma eyni zamanda hədəf ondan ibarətdir ki, koronavirusdan sonrakı dövrdə sahibkarla daha qısa zamanda öz fəaliyyətlərtini bərpa etsinlər və iqtisadi aktivlik dəstəklənsin. O baxımdan paket eyni zamanda təşviqedici fəaliyyətləri təklif edir. Bunlar vergi üzrə güzəştlərin tətbiq edilməsidir, micro, yəni sadələşdirilmiş vergi subyektlərinə vergi güzəştləri təqdim olunacaq. Burada eyni zamanda əmlak və torpaq vergisindən azadolunmalar tətbiq olunacaq, ictimai iaişə obyektlərində fəaliyyət göstərən sahibkarlar üçün belə güzəştlərin tətbiq ediləcəyi gözlənilir, eyni zamanda mənfəət vergisinə müddətli və eləcə də məbləğ olaraq azalmalar tətbiq ediləcək. Bir sıra güzəştlər veriləcək fəaliyyət sektorları bəzi vergi ödəmələrindən azad olunacaqlar. Eləcə də idxal ilə bağlı, bəzi məhsullar üzrə Əlavə Dəyər Vergisinin müddətli azad olunmalar olacaq. Xüsusən də ərzaq və tibbi ehtiyacların ödənilməsi üçün idxal məhsullarına güzəştlər ediləcək. Praktik olaraq bu istiqamətlərdə vergi güzəştlərinin tətbiq edilməsi imkan verəcək ki, sahibkarlar postkoronavirus dövründə xərclərini azalda bilsinlər və iqtisadi aktivliyi daha qısa zamanda bərpa edə bilsinlər. Eyni zamanda kreditlərə güşətlər veriləcək,sahibkarların əldə etdikləri kreditlərin faizləri subsisidiya olunacaq, 10 faiz subsiyadiya tətbiq ediləcək. Məsələn əgər sahibkar 12 faizlik real sektora yönələn kredit alıbsa, onun 10 faizi subsidiya olunacaq, dövlət tərəfindən ödəniləcək, digər iki faizi isə sahibkar özü ödəyəcək. Nəticə etibarı ilə sahibkar faizlər üzrə güzəşt əldə edəcək. Eləcə də postkoronavirus dövründə həmin sektorlarda fəaliyyət göstərən sahibkarların cəlb etdiyi kreditlərə 60 faizə yaxın dövlət dəstəyinin verilməsi nəzərdə tutulub. Bütövlükdə təkliflər həm birbaşa dəstəyin nümayiş etdirilməsi, eləcə də təşviqedici fəaliyyətləri nəzərdə tutudu. Bu isə ondan xəbər verir ki, paket strateji əhəmiyyət daşıyır, eyni zamanda koronavirusdan sonrakı dövrdə sahibkarların fəaliyyətinin dəstəklənməsinə səbəb olacaq”.

Qafar Ağayev

Paylaş:
1413

Son xəbərlər

“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56
Bütün xəbərlər