Dünya birjalarında neftin qiyməti
Dünya birjalarında neftin bu günə olan qiyməti açıqlanıb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 4,17 dollar artaraq 34,11 dollar olub/
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 3,02 dollar bahalaşaraq 28,34 dollar təşkil edib.
Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 3,90 dollar artaraq 24,14 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 1-də minimuma enərək 16,53 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar təşkil edib.
1news.az
748