İnsanları xilas etmək lazım, yoxsa iqtisadiyyatı? – Komitə sədrindən TƏHLİL | 1news.az | Xəbərlər
İqtisadiyyat

İnsanları xilas etmək lazım, yoxsa iqtisadiyyatı? – Komitə sədrindən TƏHLİL

15:09 - 04 / 04 / 2020
İnsanları xilas etmək lazım, yoxsa iqtisadiyyatı? – Komitə sədrindən TƏHLİL

Koronavirusla bağı pandemiya şəraitində tətbiq edilən məhdudlaşdırıcı tədbilər və sərt karantin bir çox insanlarda haqlı suallar yaradır. Bu məqalənin əsas məqsədi bu suallara cavab verməkdir.

Dünyanın əksər ölkələri karantin tədbirləri vasitəsilə koronavirus ilə mübarizə aparırlar, hətta bu tədbirlərin iqtisadiyyata vurduğu böyük ziyana baxmayaraq. Bəziləri isə iqtisadi fəaliyyəti süni komaya salmağa tələsmir, qorxurlar ki, bunun nəticələri xəstəlikdən daha təhlükəli ola bilər. Hətta insanların evlərində qaldığı, mağaza və ofislərin bağlandığı ölkələrdə də narazıların səsi daha da artmaqdadır. Bəzi insanlar düşünürlər ki, karantin tədbirləri iqtisadiyyatı məhv edəcək.

Həqiqətən də belədirmi?

Əslində bu sualın cavabı 100 ildir ki, mövcuddur. Dünyada 100 il öncə yayılan “ispan qripi”nin iqtisadi təsirlərini araşdıraraq cavab tapmaq mümkündür.

Kimi ilk növbədə xilas etmək lazımdır: insanları, yoxsa iqtisadiyyatı?

Bu suala cavab vermək üçün 100 il bundan öncə baş verən və bu günə qədər də acı xatirələrlə yaddaşlarda qalan hadisələrə müracizət etmək fikrimizcə yetərlidir. “Böyük karantin” yeni üsul deyil, 100 il öncə dünyada öldürücü virus olan “ispan qripi” yayılanda da ölkələr və insanlar karantində olmağa məcbur olmuşdular. O zaman bu virus 50 milyon insanı öldürdü. Dünya əhalisinin hər 3 nəfərdən 1-i xəstələndi, xəstələnlərin isə hər 10 nəfərindən 1 öldü... İndi olduğu kimi, 1918-ci ildə də virusa qarşı əsas cavab özünü təcrid, maskalar, bağlanmış mağaza və zavodlar oldu. İndi olduğu kimi, o zaman da bəzi ölkələr karantin tətbiq etdi, bəziləri gözlədi. Daha sonralar isə məlum oldu ki, kimlər ki iqtisadiyyatı deyil, əhalini xilas etdi, onlar qalib gəldi. Karantin tədbirləri tətbiq olunan ölkələrdə hər kəs üçün çətin oldu, amma hansı ölkələrdə ki, dərhal karantin tətbiq etmişdilər, fiziki təması məhdudlaşdırmışdılar və gigiyena normalarını yüksəltmişdilər o ölkələr qripdən sonra daha tez normal həyata döndülər. O zaman qəti və təxirəsalınmaz tədbirlərin görüldüyü şəhərlərdə iqtisadi aktiviyin düşməsi digər şəhərlədən çox da fərqlənmədi. Amma pandemiya bitəndən sonra bu şəhərlər daha sürətlə inkişaf etməyə başladı. Aydın oldu ki, karantin tədbirləri təkcə ölüm hallarını azaltmadı.

Bu tədbirlər həm də pandemiyanın neqativ iqtisadi təsirlərini də yumşaltmış oldu. O vaxtkı pandemiya da indiki koronavirus kimi çox oxşar ssenari ilə yayılmışdır: şərqdən qərbə, 2 mərhələli. 1-ci yazda – qorxulu oldu, 2-ci qışda – faciəvi oldu. O zaman da indiki kimi məktəblər, teatrlar, bağlandı, yığıncaqlar qadağan edildi, dəfn mərasimləri təxirə salındı, ticarət məhdudlaşdırıldı, ictimai nəqliyyat dayandı, özünü təcrid tətbiq olundu. Əlləri yumağı və gigyenik normaları artırmağı təbliğ edirdilər, maska taxmağa məcbur edirdilər. Hansı ölkələr ki, gecikmədən tədbirlər gördü, artıq epidemiyanın bitdiyi növbəti il sənaye istehsalının və bank aktivlərinin artımında əhəmiyyətli nəticələrə sahib oldular. Karantin tədbirlərinin sonrakı müsbət iqtisadi effekti daha böyük oldu.

Sonralar aparılan araşdırmalar göstərdi ki, karantin müddətinin 10 gün artıq olması epidemiya bitəndən sonra sənayedə məşğulluğun təxminən 5% artımına səbəb olmuşdu. Daha sonrakı 50 günlük məhdudlaşdırıcı tədbilər ki, 6.5% daha çox iş yerlərini açılmasına səbəb olmuşdu. İnsanların xilas edilməsi vəzifəsi ilə iqtisadiyyatın xilas edilməsi vəzifəsi indiki zamanda bir biri ilə ziddiyyət təşkil etmir. Epidemiyanın cilovlanması və insan həyatının xilas edilməsi ilə bağlı görülən tədbirlər görməklə biz yalnız gələcəkdə aktiv iqtisadi fəaliyyətin bərpa olunmasını sürətləndiririk. Virus əleyhinə vaksinin və xəstəxanalarda kifayət qədər yatağın olmadığı şəraitdə demək olar ki bütün ölkələr epidemiyanın yayılması vaxtını uzatmaqla xəstələyin pik həddinin yumşaldılması yolunu seçiblər.

Karantin iqtisadiyyata necə mənfi təsir edir və necə ona kömək edir?

Əlbəttə ki, ölkədə həyatın tam dayanması iqtisadiyyat üçün ciddi nəticələr yaradır. Neqativ təsir dərhal üzə çıxır, amma bu tədbirlərin müsbət iqtisadi tərəfləri də var. Əvvəlcə mənfi tərəflər haqda. Aktiv sosial həyat müasir iqtisadiyyatda istehlakın əsasını təşkil edir. İnsanlar restoranlara, idman zallarına gedir, klublarda yığışır, qonaq gedirlər, avtomobil, geyim alırlar – bütün bunları əsasən bir məqsəd üçün edirlər: ünsiyyət qurmaq, özünü göstərmək və başqalarına baxmaq. Hökumət karantin tətbiq etməklə tələbi məhdudlaşdırır. Və beləliklə də təklifi məhdudlaşdırır. İşçi qüvvəsi ixtisar olunduğundan (insanlar evdə oturur, tez-tez xəstələnirlər, daha çox ölürlər və s. məhsul və xidmətlər istehsalı da azalır. Nəticədə sahibkarlar inkişafa pul investisiya etmirlər və bu da gələcək inkişaf üçün risk yaradır. Bundan başqa, müflisləşmə artır, nəinki şirkətlər, hətta insanlar iflas olur. Bu isə bank sistemini təhlükəyə atır: kütləvi ödəməmələr maliyyə böhranı, bankların itkiləri, likvidliyin azalması və kreditlərin əlçatan olmaması ilə nəticələnir.

İqtisadiyyat üçün karantinin müsbət cəhətləri də var.

Birincisi, karantin epidemiyanın miqyasını və beləliklə də onun mənfi təsirini azaldır. İkiincisi, karantin ölüm sayını azaltdığından gələcəkdə daha ciddi iqtisadi problemlərdən qaçmağa imkan verir. Karantin olmasa və səhiyyə sistemi virusun öhdəsindən gələ bilməsə xəstəxanalardakı və morqlardakı vəziyyət əhalini elə qorxuda bilər ki, onlar artıq özləri evdən çıxmağa qorxarlar. Belə şəraitdə daha sonra insanları restorana, konsertə və ya iş yerlərinə çıxartmaq çox çətin olacaq. Onlar pulları xərcləmək əvəzinə yığmağa üstünlük verəcəklər. İlkin tələbat malları olmayan məhsul və xidmətlərə - mebel və avtomobildən tutmuş turizm paketlərinə qədər, tələb sürətlə düşəcək. İstehlak uzun müddətə azalacaq və beləliklə də iqtisadiyyat böhrana daxil olacaq. Hazırda pandemiyanın dünya iqtisadiyyatına təsiri ilə bağlıl müxtəlif fikirlər mövcuddur. Bəzi təhlilçilər dünya iqtisadiyyatının 2020-ci ildə 28-30% kiçiləcəyini, bəziləri 2020-ci ilin dünya iqtisadiyyatı üçün itirilmiş il olacağı elan edilir. Pandemiya iqtisadiyyat üçün çox təhlükəlidir. Lakin vaxtında görülən tədbirlər onun miqyasını azaldaraq iqtisadi böhranın nəticələrini yumşalda bilir. Beləliklə də, karantin tədbirlər nəinki ölüm hallarını azaldır, həmçini iqtisadi faydalar gətirir.

Düzdür, Covid-19-dan fərqli olaraq “ispan qripi” daha çox gənc, sağlam əmək qabilyyətli əhalini yoluxdururdu. O zamankı iqtisadi struktur da indiki müasir texnoloji iqtisadi strukturdan çox geri qalırdı. Amma oxşar cəhətlər fərqlilikdə daha çoxdur. Artıq aydındır ki, o ölkələr ki, məsələn, Tayvan və Sinqapur kimi gecikmədən karantin tətbiq etdilər, onlar nəinki infeksiyanın yayılmasının qarşısını aldılar, həmçinin pandemiyanın ən təhlükəli iqtisadi təsirlərini yumşaltmağa nail oldular. Beləliklə də, karantin tədbirlərini pandemiya zamanı ciddi iqtisadi itkilərinin səbəbkarı kimi qəbul etmək düzgün deyildir. Azərbaycanda da dövlətin sərt və vaxtında karantin tədbirlər görməsi insanları xilas etməklə iqtisadiyyatın sürətli bərpasına hesablanıb. Yuxarıdakı təhlillər də Azərbaycan dövlətinin və dövlət başçısının nə qədər haqlı və uzaqgörən olduğunu bir daha göstərir.

Tahir Mirkişili

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri

Paylaş:
1634

Son xəbərlər

Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47
Bütün xəbərlər