190 manatı yardımı işsizlər buradan alacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

190 manatı yardımı işsizlər buradan alacaq

21:00 - 09 / 04 / 2020
190 manatı yardımı işsizlər buradan alacaq

Azərbaycan vətəndaşlarına 190 manat məbləğində olan birdəfəlik müavinətlərin ödənişi bankomatlar vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.

1news.az-ın verdiyi xəbərə görə, bunu "APA-Economics"ə Dövlət Məşğulluq Xidmətinin rəisi Mustafa Abbasbəyli deyib.

Onun sözlərinə görə, vətəndaşlar müavinətləri banklara yaxınlaşmadan, ATM-lərdə müxtəlif kodlar daxil etməklə ala biləcəklər:

“Hazırda belə bir imkanın yaradılması istiqamətində banklarla işlər aparılır. Lakin ilkin mərhələdə biz bu imkanı yarada bilmirik. Belə ki, vətəndaşların istifadəsində olan mobil telefon nömrələrinin onların öz adlarına olub-olmadığından əmin deyilik. Ona görə birinci mərhələdə biz nəzərdə tuturuq ki, bu vəsaiti vətəndaşlar banklardan əldə etsinlər.

İkinci mərhələdə isə biz yeni bir mexanizm tətbiq etmək istəyirik ki, burada vətəndaşlar e-sosial.az portalına daxil olaraq öz mobil nömrələrini təsdiq etsinlər. Biz əmin olduqdan sonra ki, mobil nömrə vətəndaşın adınadır, bankomat vasitəsi ilə ödənişlərin verilməsini təmin edəcəyik”.

Dövlət Məşğulluq Xidmətinin rəisi həmçinin əlavə edib ki, sabahdan etibarən birdəfəlik müavinətlərin verilməsi banklar və “Azərpoçt” vasitəsilə həyata keçiriləcək.

“Biz bir qədər sonra elan edəcəyik ki, neçə vətəndaşın ödənişi aparıldı. Sabahdan isə vətəndaşlara hansı banka yaxınlaşıb vəsaiti əldə edə biləcəkləri barədə SMS-lər göndəriləcək”, - deyə M.Abbasbəyli bildirib.

S.Xankişiyeva

 

Paylaş:
1213

Son xəbərlər

Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36
Bütün xəbərlər