İqtisadiyyat Nazirliyi: 2 000 aztəminatlı ailəyə istehlak malları təqdim edilir | 1news.az | Xəbərlər
İqtisadiyyat

İqtisadiyyat Nazirliyi: 2 000 aztəminatlı ailəyə istehlak malları təqdim edilir

19:31 - 13 / 04 / 2020
İqtisadiyyat Nazirliyi: 2 000 aztəminatlı ailəyə istehlak malları təqdim edilir

Bu gün koronavirus pandemiyası dinindən, irqindən, yaşından və sosial mənsubiyyətindən asılı olmayaraq, hamı üçün problemə, bəşəri bəlaya çevrilib. Hazırda, demək olar ki, bütün dünya ünvanın, kimliyin fərqinə varmayan bu infeksiya ilə mübarizə aparır.

1news.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, dünyanın bir parçası olan Azərbaycanda “Biz birlikdə güclüyük” və “Evdə qal” devizləri günün əsas çağırışlarına çevrilib. Azərbaycan dövləti öz vətəndaşlarını koronavirus pandemiyasından, onun yaratdığı fəsadlardan qorumaq üçün bütün tədbirləri görür, xalqımız həmrəylik nümayiş etdirir. Bütün bunlar isə ölkəmizin hazırkı ağır dönəmdən ən az itkilərlə çıxacağına əminlik yaradır.

Bu sınaq günlərində bir-birinə dayaq durmaq, xüsusilə həssas əhali qruplarının qayğılarına diqqət göstərmək, onların ehtiyaclarının ödənilməsinə yardım etmək sosial çağırış və günün tələbidir. Bu məqsədlə cəmiyyətin müxtəlif qrupları, dövlət qurumları, sosial məsuliyyətli sahibkarlar müxtəlif sosial aksiyalar təşkil edir.

Prezident İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi könüllüləri bu aksiyaların fəal iştirakçılarına çevirib. Bununla belə, təkcə könüllülər deyil, ölkəmizin müxtəlif yaşlı və sosial statuslu vətəndaşları belə aksiyalara qoşulublar. Sosial həmrəylik, yaşlı, tənha, aztəminatlı insanlara dəstək göstərilməsi könüllü hərəkatına yeni vüsət verib.

Sosial həmrəylik aksiyalarında biznes nümayəndələrinin iştirakı xüsusilə önəmlidir. Çünki bu, ölkədə korporativ məsuliyyət anlayışının, yaxşı mənada, hər bir şirkətin davranış qaydalarına çevrilməsi üçün bir fürsətdir.

Daha bir sosiallıq nümunəsini bu günlərdə İqtisadiyyat Nazirliyinin aztəminatlı ailələrin ən çox tələb olunan istehlak mallarına ehtiyacının ödənilməsinə dəstək təşəbbüsünə qoşulan sahibkarlar da göstərib. Ötən həftədən etibarən Nazirliyin təşkilatçılığı ilə həftəlik tələbatı ödəyəcək ərzaq bağlamalarının Bakıda və Abşeronda aztəminatlı ailələrə çatdırılmasına başlanıb.

Aksiyanın reallaşdırılmasına qoşulan sahibkarlar bu təşəbbüsə hər cür dəstək verirlər. Belə ki, “Azərmaş” ASC ərzaq bağlamalarının çatıdırılması üçün xüsusi avtomobillər ayırıb, Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının könüllüləri isə həftəlik ərzaq bağlamalarını karantin rejimi tələblərinə tam əməl etməklə aztəminatlı ailələrə çatdırmağa yardım edirlər.

Sosial aksiya 500 ailəni (təxminən 2 000 nəfəri) əhatə edəcək. Sahibkarlar və İqtisadiyyat Nazirliyi sosial aksiyanı həftəlik olmaqla bütün karantin dövründə həyata keçirəcək.

Bu çətin günlərdə hamıya sağlamlıq və dözüm arzulayırıq. İnanırıq ki, ölkəmizin, vətəndaşlarımızın normal iqtisadi və sosial həyata qayıdacağı gün uzaqda deyil və bu cür sosial addımlar o günün daha da yaxınlaşmasına bir dəstəkdir.

S.Xankişiyeva

 

Paylaş:
1364

Son xəbərlər

Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36
Bütün xəbərlər