Gürcüstanda fövqəladə vəziyyətin müddəti uzadıldı | 1news.az | Xəbərlər
Dünya

Gürcüstanda fövqəladə vəziyyətin müddəti uzadıldı

18:11 - 14 / 04 / 2020
Gürcüstanda fövqəladə vəziyyətin müddəti uzadıldı

Gürcüstanda aprelin 21-dək elan olunan fövqəladə vəziyyətin müddəti mayın 10-na qədər uzadılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin baş naziri Giorgi Qaxaria xüsusi brifinqdə bildirib.

Onun sözlərinə görə, aprelin 15-i saat 21:00-dan başlayaraq Tbilisi, Rustavi, Batumi və Kutaisi şəhərlərinə giriş-çıxış 10 gün ərzində qadağan olunacaq.

Qeyd edək ki, Gürcüstanda indiyədək 296 nəfər koronavirusa yoluxub. Onların 69-u sağalıb, 3-ü isə ölüb.

Qonşu ölkədə martın 31-dən ümumi karantin elan olunub. Xüsusi rejim çərçivəsində saat 21:00-dan 06:00-dək komendant saatı da tətbiq edilir.

S.Xankişiyeva

 

 

Paylaş:
690

Son xəbərlər

Bütün xəbərlər