190 manatı müraciətdən neçə gün sonra ala bilərik? - VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

190 manatı müraciətdən neçə gün sonra ala bilərik? - VİDEO

11:14 - 14 / 04 / 2020
190 manatı müraciətdən neçə gün sonra ala bilərik? - VİDEO

"Bir neçə gündür müraciət etmişəm, amma mənə sms gəlməyib". "Bəlkə işsiz kimi qeydiyyata alınmamışam?" "Görəsən, mənə pulu nə vaxt ödəyəcəklər?" 

İşsizliklə bağlı müraciət edən və 190 manat almaq istəyən hər bir şəxsi bu suallar narahat edir. İnsanlar yalnız birdəfəlik ödəmə alan şəxslərə sms-lərin göndərildiyini düşünürlər. İşsiz kimi müraciət edən şəxslər qeydiyyata düşdükdən neçə müddət sonra birdəfəlik ödəmə alacaq? Kimlərə sms-lə məlumat gönədrilir? 

1news.az atv.az-a istinadən xəbər verir ki, istər uzun müddət işsiz kimi məşğulluq xidmətində qeydiyyatda olan, istərsə də yeni müraciət edən şəxslər onlara ayrılan vəsaiti alırlar. Bəzi vətəndaşlara 190 manat ödəməni almaq üçün sms məlumatlandırma 1 günə, bəzilərinə isə bir neçə gün sonra gəlir.

Birdəfəlik ödəmə almaq üçün qeydiyyatdan keçən və işsiz statusu almayan şəxslər də sms vasitəsiylə məlumatlandırılır və onlara vəsaitin verilməmə səbəbi izah edilir. Birdəfəlik ödəmə almaq üçün müraciət edən bir çox vətəndaş isə onlara qısa zamanda sms-in gəlməməsindən narahatdır.

Dövlət məşğulluq xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı sms-lərin vətəndaşlara fərqli vaxtlarda gəlməsinin səbəbini müraciətlərin çox olması və bəzi məlumatların natamam olması ilə əlaqələndirir. Həmçinin vətəndaşın göndərdiyi məlumatların araşdırılması da vaxt tələb edən prosesdir.

Birdəfəlik ödəməni almaq üçün müraciət edən şəxslərə gönədirlən sms-lərdə əvvəllər vətəndaşın adı qeyd olunmurdusa, artıq hər bir sms-də müraciət edən şəxsin adı da əlavə olunur.

Respublika üzrə ümumilikdə 55 min vətəndaşa birdəfəlik ödəmə təyin olunub. Həmin vətəndaşlara sms-lərin göndərilməsi prosesi gedir.

1news.az

Paylaş:
1042

Son xəbərlər

Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41
Bütün xəbərlər