Türkiyədə son sutka ərzində koronavirusdan 115 nəfər ölüb
Türkiyədə son 24 saat ərzində daha 115 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə öz Twitter səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
“Koronavirusdan ölənlərin ümumi sayı 1518 nəfərə çatıb. Ölkədə 4 281 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 69 392 nəfərə çatıb”.
Onun sözlərinə görə, ötən sutka ərzində 875 nəfər sağalıb, sağalanların ümumi sayı 5 674 nəfər təşkil edir.
S.Xankişiyeva
730