Karantinə görə işini itirdi, lotoreyadan 4,8 milyon dollar qazandı | 1news.az | Xəbərlər
Dünya

Karantinə görə işini itirdi, lotoreyadan 4,8 milyon dollar qazandı

18:11 - 16 / 04 / 2020
Karantinə görə işini itirdi, lotoreyadan 4,8 milyon dollar qazandı

Bütün dünyanı cənginə alan koronavirus səbəbindən milyonlarla insan işsiz qalıb.

1news.az baku.ws-ə istinadən xəbər verir ki, Avstraliyada adı açıqlanamayan bir gənc oğlan işini itirdiyi üçün şansını lotoreya biletində yoxlamaq istəyib.

BBC-nin məlumatına görə, həmin gənc 4,8 milyon dollarlıq böyük mükafatı qazanıb.

Bildirilib ki, 20 il ərzində hər ay həmin gəncə 20 min dollar ödəniləcək.

1news.az

Paylaş:
599

Son xəbərlər

Bütün xəbərlər