Türkiyədə koronavirusdan ölənlərin sayı artdı: 1 643 nəfər | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə koronavirusdan ölənlərin sayı artdı: 1 643 nəfər

22:33 - 16 / 04 / 2020
Türkiyədə koronavirusdan ölənlərin sayı artdı: 1 643 nəfər

Türkiyədə daha 125 nəfər pandemiyanın qurbanı olub.

1news.az-ın verdiyi xəbərə görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 1 643 nəfərə çatıb.

"Bu gün 40 427 test keçirilib, 4 801 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 74 193 nəfərdir. Bu gün daha 1 415 pasiyent sağaldı, sağalanların ümumi sayı 7 089 nəfərdir".

S.Xankişiyeva

 

Paylaş:
772

Son xəbərlər

Bütün xəbərlər