Azərbaycanda Mastercard-la nağdsız ödənişlərin həcmi 40% artıb
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rustəmov aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirə çıxış edərkən, yaranmış qeyri-adi situasiyada ödəniş sistemlərinin aktiv fəaliyyət göstərirdiyini bildirdi.
Elman Rüstəmov qeyd etdi ki, bütövlükdə rüb ərzində ödəniş sistemində qeyri-nağd ödənişlər 3,6 faiz artıb, amma bütünlükdə nağdsız kart ödənişləri 36 faiz artıb. Bu da onu göstərir ki, yaranmış indiki situasiyada əhali daha çox təmassız elektron ödənişlərə və elektron ticarətə üstünlük verir.
Mastercard” şirkətinin Azərbaycan üzrə meneceri Erdem Çakar, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rustəmovun dediklərini şərh edərkən qeyd etdi ki, COVID-19 qlobal pandemiyası nəticəsində yaranmış hazırki qeyri-adi şəraitdə, Mastercard “Nağdsız Azərbaycan” dövlət proqramını dəstəkləməyə davam edir.
“Nağdsız ödənişlərin bazar səviyyəsinin artımına uyğun olaraq, yerli marketlər şəbəkəsi ilə birgə həyata keçirdiyimiz reklam kampaniyası sayəsində bu tip ödənişlərin 40% artıdığını müşahidə etmişik. Bundan əlavə, təmassız ödənişlərdə də 70% artım qeydə alınıb. Bu artımlar Mastercardın müşahidə etdiyi regional və qlobal trendlərlə uzlaşır. Avropaya xas olaraq, bugün tranzaksiyaların 75%-i təmassız olaraq həyata keçirilir.
İnanırıq ki, bu pandemiya bitdikdən sonra insanların davranışında yaranmış bu dəyişiklik öz yerində qalacaq və onlar öz Mastercardları ilə daha çox təhlükəsiz ödənişlər edərək iqtisadi inkişafa öz töhfələrini verəcəklər”.
1news.az