Bu günə qədər 230 min şəxsə 190 manat ödənilib – VİDEO
“Bu günə qədər Azərbaycanda 230 min şəxsə 190 manatlıq ödəniş həyata keçirilib”.
1news.az-ın verdiyi xəbərə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev AzTV-nin “Hədəf” verilişində məlumat verib.
"Paralel olaraq ictimai iş yerləri də yaradılır. Bu gün həm 190 manatlıq ödəniş üçün, həm də ictimai iş yerlərinə "e-sosial.az" portalı vasitəsilə elektron formada müraciət etmək olar", - deyə o, qeyd edib.
S.Xankişiyeva
1049