Baş direktor: “ÜST ABŞ və digər ölkələrdən heç nə gizlətmir” | 1news.az | Xəbərlər
Dünya

Baş direktor: “ÜST ABŞ və digər ölkələrdən heç nə gizlətmir”

12:45 - 21 / 04 / 2020
Baş direktor: “ÜST ABŞ və digər ölkələrdən heç nə gizlətmir”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus təşkilatın ABŞ və digər ölkələrdən heç bir şey gizlətmədiyini bildirib.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə o, Cenevrədə keçirilən brifinqdə danışarkən deyib və təşkilatın ABŞ-da Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərinin mütəxəssisləri ilə sıx əməkdaşlıq etdiyini də xatırladıb.

"ÜST-də heç bir sirr yoxdur, çünki söhbət insan həyatından gedir. Eyni zamanda, amerikalı mütəxəssislərlə əməkdaşlıq ABŞ-dan heç bir şeyin gizlədilməməsi deməkdir", - deyə ÜST rəhbəri izah edib.

1news.az

Paylaş:
664

Son xəbərlər

Sabahın hava proqnozu

18 / 07 / 2025, 12:29
Bütün xəbərlər