Ekspert: “Qanuna uyğun olaraq fəaliyyət göstərən bütün sahibkarlıq subyektləri bu güzəştlərdən faydalanacaq” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ekspert: “Qanuna uyğun olaraq fəaliyyət göstərən bütün sahibkarlıq subyektləri bu güzəştlərdən faydalanacaq”

14:01 - 22 / 04 / 2020
Ekspert: “Qanuna uyğun olaraq fəaliyyət göstərən bütün sahibkarlıq subyektləri bu güzəştlərdən faydalanacaq”

Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən, pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillərinin verilməsi nəzərdə tutulur.

Bəs görəsən bu layihənin əhəmiyyəti nədir?

Məsələ ilə bağlı 1news.az-a danışan iqtisadçı Pərviz Heydərov bildirib ki, hökumətin yaranmış vəziyyətlə əlaqədar olaraq kiçik və orta sahibkarları nəzərdə tutub həyata keçirdiyi dəstək mexanizmi sahibkarların  ayaqda qalması üçün atılan addımdır.

“Kiçik və orta sahibkarların vergi orqanları qarşısında, o cümlədən digər qurumlar qarşısında öhtəliklərinin müəyyən müddətə qarşılamaq, vergi güzəştlərinin tətbiqi yolu ilə sahibkarlara koronavirus dövründə, hansı ki, koronavirus dövrü tətbiq edilmişdi və bir çox sahədə məhdudiyyətlər təbiq olunmuşdu, bununla əlaqədar onların itkilərinin qarşısını almaq məqsədi güdür. Dövlət tərəfindən irəli sürülmüş müvafiq məhdudiyyətlərlə əlaqədar sahibkarlardan həm də öhtələrində olan işçi qüvvəsinin əməkhaqlarının ödənilməsi tələbi qarşıya qoyulub. Dövlət bu sahədə həmin yükün altına girib. Yəni, dövlət sahibkarlardan heç bir işçi qüvvəsini ixtisar etməmələri ilə yanaşı, eyni zamanda özünün tətbiq etdiyi məhdudiyyətdən irəli gələn çətinliklərlə əlaqədar olaraq təxminən 600 min nəfərə yaxın özəl sektorda çalışanların əməkhaqlarının ödənilməsi öhdəliyinin altına girib. Bütün bunlarda məqsəd kiçik və orta sahibkarların özlərini ayaqüstə saxlamalarını təmin etməkdir. Bundan başqa bir çox sahələrdə vergi güzəştləri tətbiq edilib. Qanuna uyğun olaraq fəaliyyət göstərən bütün sahibkarlıq subyektləri bu güzəştlərdən faydalanacaq”.

Pərviz Heydərov bildirib ki, koronavirus dövründə bir çox həqiqətlər üzə çıxdı.

“Bu həqiqətlərin bəziləri təəssüf hissi doğurur. İşsizlərə və koronavirus dövründə işini itirən vətəndaşlara 190 manat birdəfəlik ödəmə verilməsi ilə əlaqədar acı təəssüf hissi doğuran cəhət ondan ibarət oldu ki, bundan əmək müqaviqəsi olan, sui-istifadə etmək   istəyənlər və s. vətəndaşlarımızın oldu. Eyni zamanda digər təəssüfləndirici fakt ondan ibarət oldu ki, işsizlik faizi rəsmi statistikaya uyğun deyil. Cənab Prezident 190 manat birdəfəlik ödəmə veriləcək şəxslərin sayını 200 min nəfərdən 600 min nəfərə qaldırılması ilə bağlı göstəriş verdi. Həmin o 190 manat birdəfəlik ödəmənin verilməsi mexanizmi bir çox həqiqətləri üzə çıxardı ki, ölkədə həqiqi işsizlik səviyyəsi rəsmi statistikada göstəriləndən daha çoxdu.

Başqa bir istiqamətə nəzər salsaq görərik ki, əmək müqavilələrinin bağlanması sayında da artım oldu. Necə olur ki, sahibkalara dövlət tərəfindən müvafiq maliyyə dəstəyi deyiləndən sonra sahibkarlar tərəfindən əmək müqavilələrinin bağlanmasında böyük böyük sıçrayış oldu. Aprelin 1-dən indiyəqədər 80 min əməkmüqaviləsi üzə bağlandı. Təbii ki, karantin rejimində bir çox sahədə fəaliyyətə məhdudiyyəti nəzərə alsaq, yeni işçi qüvvəsinin işə götürülməsindən söhbət gedə bilməz. Deməli üzə çıxarılanlar faktiki olaraq qeyri-formal məşğul əhali imiş.  Bütün bunlar bəzi sahibkarların hələ də işçiləri müqavilə ilə işlətmədiyini göstərdi. Dövlətin atdığı humanist addımlardan qanuni şəkildə fəaliyyət göstərən bütün sahibkarlar faydalana biləcək”.

Qafar Ağayev

Paylaş:
832

Son xəbərlər

Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36
Bütün xəbərlər