Pandemiyanın Azərbaycan iqtisadiyyatına vurduğu gündəlik ziyanın məbləği açıqlanıb
“Əlavə dəstək tədbirlərinə ehtiyac olduğu təqdirdə bu barədə müvafiq təhlillər həyata keçiriləcək”.
1news.az-ın verdiyi xəbərə görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib.
“Koronavirus pandemiyası Azərbaycan iqtisadiyyatına böyük məbləğdə ziyan vurub.Bu rəqəmləri tam dəqiq hesablamaq çətindir. Gündəlik itkilərin məbləği 120-150 milyon manatdır”.
Nazir qeyd edib ki, xüsusi karantin rejiminin böyük məsrəfləri var:
“Bu, bütün dünyada belədir. Dünya iqtisadiyyatında da tənəzzül proqnozlaşdırılır və bu proqnozlar davamlı yenilənir. Bu rejimi tətbiq edərkən Azərbaycan hökuməti, aidiyyəti strukturlar bundan məlumatlı idi. Əhalinin sağlamlığı prioritet seçildi və istənilən iqtisadi prosesdən üstün tutularaq qərar verildi. Artıq hədəflərə nail olunub, bunu dinamika da görürük”.
S.Xankişiyeva