Buzlaqlar 30 ilə əriyə bilər - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Dünya

Buzlaqlar 30 ilə əriyə bilər - XƏBƏRDARLIQ

19:53 - 25 / 04 / 2020
Buzlaqlar 30 ilə əriyə bilər - XƏBƏRDARLIQ

Almaniyanın Hamburq Universitetinin iqlim üzrə mütəxəssisi Dirk Notzun rəhbərliyindəki araşdırmaçı qrupu iqlim dəyişikliyi və gözlənilən nəticələrlə bağlı hesabat hazırlayıb.

1news.az-ın Ölkə.az-a istinadən verdiyi xəbərə görə, mütəxəssislər 2050-ci ilə qədər Şimal Buzlu Okeanında buzlaqların əriyəcəyi barədə xəbərdarlıq ediblər.

Notz karbon emissiyasının azaldılacağı və qlobal istiləşmənin 2 dərəcədən aşağı tutulacağı təqdirdə belə buzlaqların əriməsinin qarşısını almağın mümkün olmayacağını söyləyib.

Mütəxəssislər bu xəbərdarlıqla qlobal istiləşməyə səbəb olan insan faktorlarına diqqət çəkmək istəyiblər.

1news.az

Paylaş:
898

Son xəbərlər

Bütün xəbərlər