UEFA AFFA-ya maliyyə yardımı ayırıb | 1news.az | Xəbərlər
İdman

UEFA AFFA-ya maliyyə yardımı ayırıb

20:40 - 27 / 04 / 2020
UEFA AFFA-ya maliyyə yardımı ayırıb

UEFA koronavirusla mübarizə çərçivəsində quruma üzv olan 55 milli assosiasiyaya maliyyə yardımı ayırıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, vəsait ümumilikdə 236,5 milyon avro təşkil edir.

Bildirilib ki, məbləğ hazırkı xərcləri ödəmək və yerli futbolu inkişaf etdirmək məqsədilə assosiasiyalar arasında bölüşdürüləcək. Hər federasiyanın hesabına 4,3 milyon avro məbləğində vəsait köçürüləcək.

Bununla yanaşı, qitə futbol qurumu koronavirusun futbola mənfi təsiri fonunda hər bir assosiasiyaya bütün səviyyələrdə öz prioritetlərini təyin etməyə icazə verib.

S.Xankişiyeva

 

Paylaş:
876

Son xəbərlər

Bütün xəbərlər