Elman Rüstəmov: Pandemiyadan zərər çəkmiş sahələrə kredit dəstəyi üçün ciddi dövlət proqramı var | 1news.az | Xəbərlər
İqtisadiyyat

Elman Rüstəmov: Pandemiyadan zərər çəkmiş sahələrə kredit dəstəyi üçün ciddi dövlət proqramı var

21:55 - 28 / 04 / 2020
Elman Rüstəmov: Pandemiyadan zərər çəkmiş sahələrə kredit dəstəyi üçün ciddi dövlət proqramı var

Pandemiyadan zərər çəkmiş sahələrə kredit dəstəyi verilməsi üçün ciddi dövlət proqramı var.

Trend-in məlumatına görə, bu sözləri Azərbaycan Televiziyasına müsahibəsində Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

E.Rüstəmov qeyd edib ki, Mərkəzi Bank hökumətin proqramlarına əsasən banklara imkan verir ki, onlar sentyabrın 30-dək kreditləri restrukturizasiyası etsinlər: "Sadə dillə desək, banklara kreditlərin ödənilməsi vaxtını uzatmaqla bağlı tövsiyələr verilib. Artıq bu kreditlər Mərkəzi Bank tərəfindən "pis kreditlər" kimi nəzərə alınmır. Bununla bankların da vəziyyəti pisləşməyəcək. Əsas məsələlərdən biri odur ki, əhaliyə heç bir cərimə, dəbbə pulları hesablanmır.

Bildiyimiz kimi, hər bir vətəndaşımızın və hüquqi şəxsin kredit tarixçəsi olur. Həmin şəxs növbəti dəfə kredit alanda, kredit tarixçəsi olduqca mühümdür. Banklar müraciət edən şəxsin tarixçəsinə baxır ki, həmin adamın kredit tarixçəsi müsbətdir, ya yox. Biz banklara tövsiyə etmişik ki, kredit ödənişinin vaxtı uzadılan şəxslərin kredit tarixçəsi pisləşməsin. Çünki onlar özlərindən asılı olmayan səbəblərdən kredit ödənişi vaxtını uzadırlar".

S.Xankişiyeva

 

 

Paylaş:
980

Son xəbərlər

Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30
Bütün xəbərlər