Türkiyədə koronavirusdan ölənlərin sayı 3 mini keçdi | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə koronavirusdan ölənlərin sayı 3 mini keçdi

20:48 - 29 / 04 / 2020
Türkiyədə koronavirusdan ölənlərin sayı 3 mini keçdi

Türkiyədə son 24 saat ərzində daha 89 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə öz Twitter səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

“Koronavirusdan ölənlərin ümumi sayı 3 081 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 2 936 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 117 589 nəfərə çatıb.

Nazir əlavə edib ki, sağalanların ümumi sayı 44 022 nəfər təşkil edir.

S.Xankişiyeva

 

Paylaş:
732

Son xəbərlər

Bütün xəbərlər