Soydaşımız Rusiya şirkətinin rəhbəri oldu
Rusiyanın Orenburq vilayətinin qanunverici yığıncağının keçmiş deputatı və “Uralskoy Stali” (“Ural Poladları”) şirkətinin keçmiş rəhbəri, azərbaycanlı Nazim Əfəndiyev “Metalloinvest” korporasiyasına rəhbərlik edəcək.
1news.az xəbər verir ki, ona holdinqin icraçı direktorunun səlahiyyətlərini icrası vəzifəsi həvalə olunub. Bu haqda RBC holdinqin rəhbərliyinə istinadən bildirir.
Holdinqin rəhbəri Andrey Variçev bir neçə gün əvvəl vəfat edib. Onda koronavirus əlamətləri olsa da aparılan testlər icraçı direktorun virusa yoluxduğunu təsdiqləməyib, amma Variçev ikitərəfli pnevmoniyadan ölüb.
Qeyd edək ki, “Metalloinvest” şirkətlər qrupu dünyanın ən iri metallurgiya kompekslərindən biridir, özbək əsilli rusiyalı milyarder Əlişir Usmanova və onun partnyorlarına məxsusdur.
Nazim Əfəndiyev xarici dillər Hərbi İnstitutunun və Xalq təsərfrüfatı akademiyasının məzunudur, 2011-2012-ci illərdə “Metalloinvest” holdinqində baş direktorun müavini olub, 2012-ci ildən isə kommersiya direktoru və baş direktorun birinci müavini idi.
Bu təyinata qədər Nazim Əfəndiyev Novotroitskdə "Uralskaya Stal"ın ("Ural poladı") direktoru vəzifəsində işləyib və eyni zamanda Orenburq Qanunverici Məclisinin deputatı olub.
1news.az