41 min şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edilib – SƏBƏB | 1news.az | Xəbərlər
İqtisadiyyat

41 min şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edilib – SƏBƏB

16:37 - 02 / 05 / 2020
41 min şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edilib – SƏBƏB

Müraciət zamanı xaricdə olduğu müəyyən edilən 41 min şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 1news.az-a verilən məlumata görə, birdəfəlik ödəmə (190 manat) ilə bağlı müraciət edən şəxslərdən 41 min nəfərin müraciət etdiyi zaman xarici ölkədə olduğu (aidiyyəti qurumların informasiya bazasından əldə edilmiş məlumatlar əsasında) müəyyən edilib.

Həmin vətəndaşlara birdəfəlik ödəmə verilməsindən imtina olunub və bu barədə onlara SMS göndərilib.

Qeyd edək ki, birdəfəlik ödəmə almaq üçün edilən bütün müraciətlərə müxtəlif dövlət qurumlarına məxsus olan ümumilikdə 25-dək elektron informasiya sistemlərindən əldə edilmiş məlumatlar əsasında baxılaraq, nəticəsinə əsasən obyektiv qərar verilir.

S.Xankişiyeva

 

Paylaş:
881

Son xəbərlər

Bütün xəbərlər