ÜST: Koronavirusa yoluxanların sayı durmadan artır: 3,6 milyon – XƏRİTƏ | 1news.az | Xəbərlər
Dünya

ÜST: Koronavirusa yoluxanların sayı durmadan artır: 3,6 milyon – XƏRİTƏ

23:05 - 05 / 05 / 2020
ÜST: Koronavirusa yoluxanların sayı durmadan artır: 3,6 milyon – XƏRİTƏ

Mayın 5-nə olan məlumata əsasən, yeni koronavirusa (COVID-19) yoluxanlar 3 630 942 nəfər təşkil edir, onlardan 254 592 nəfəri vəfat edib.

Bu günə olan məlumata əsasən, daha çox infeksiyaya yoluxma ABŞ-da – 1 193 027 nəfərdə qeydə alınıb. Onlardan 70 110 nəfəri ölüb.

Bunlar yeni virusun yayılması ilə əlaqədar yanvar ayının sonlarında yaradılan onlayn xəritənin məlumatlarıdır. Real rejimdə onlayn xəritə vasitəsilə bütün dünyada epidemiyanın yayılmasına nəzarət etmək olar.

Xəritə Ümumdünya Səhiyyə təşkilatının (ÜST), eləcə də ABŞ, Çin və Avropada Xəstəliklərə Nəzarət Mərkəzlərinin məlumatlarını əks etdirir.

Xəstəliyə yoluxanların sayına görə dünyada ikinci yerdə İspaniya (218 011), üçüncü İtaliya (213 013), dördüncü yerdə Böyük Britaniya (196 239) sıralanıb.

Daha sonra Fransa (169 583), Almaniya (166 490), Rusiya (155 370), Türkiyə (129 491), Braziliya (108 620) və digər ölkələr gəlir.

Qeyd edək ki, Azərbaycanda virusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb. Həmin gün karantinə alınanların sayı 224 nəfər təşkil edib.

Bu günə olan məlumata əsasən, koronavirus infeksiyasına 76 yeni yoluxma faktı qeydə alınıb, 28 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Ümumilikdə 1508 nəfər müalicə olunaraq sağalıb, 26 nəfər vəfat edib, 526 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 21 nəfərin vəziyyəti ağır, 27 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 164.481 test aparılıb.

Ölkədə infeksiyanın yayılmasının qarşısını almaq və profilaktik tədbirlər görülür. Xüsusilə, məktəblər, uşaq baxçaları, ümumi nəqliyyat vasitələri, aeroport ərazisi dezinfeksiya olunur. Təhsil müəssisələrində tətilin vaxtı uzadılıb, 9-cu siniflərin buraxılış imtahanı təxirə salınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Həmçinin Qaynar Xətt də fəaliyyət göstərir: +994 (12) 492 41 61, +994 (12) 492 75 54, +994 (12) 505 03 30, + 994 (12) 505 13 33.

Həmçinin Azərbaycanda epidimioloji vəziyyətlə bağlı sualı olan vətəndaşlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edə bilər. Agentliyin çağrı mərkəzi fasiləsiz olaraq çalışır. Çağrı mərkəzinin nömrəsi 1542.

Bununla yanaşı, ÜST insanlar arasında təlaşa səbəb ola biləcək yalan məlumatların yayılmaması üçün rəsmi mənbələri izləməyə çağırıb. Təşkilatın saytında virusla bağlı sizləri narahat edən bütün suallar, infeksiyadan qorunma üsulları öz əksini tapıb.

Özünüzdən müğayat olun və sağlamlığınızı qoruyun!

YENİ QƏRAR: SMS göndərmədən evdən çıxmaq olmaz

Neftçalada karantində olan Elçin Abdullayev xəstəxanadakı vəziyyətlə bağlı: Həkimlər – sadəcə əhsən! – FOTO – VİDEO

Prezident İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Azərbaycanın İstanbuldakı baş konsulu: Demək olar ki, bütün konsulluq əməkdaşları mənimlə birlikdə aeroportdadırlar

Qərargah: İaşə obyektlərində qəlyandan istifadə qadağan edilib

Azərbaycanın İranla sərhədinin bağlanması müddəti iki həftəlik uzadıldı – RƏSMİ

Türkiyə də koronavirusa yoluxan ölkələr sırasına qoşuldu  

ÜST bu günə olan statistikanı açıqlayıb: koronavirusa yoluxanların sayı durmadan artır – XƏRİTƏ

Azərbaycanın daha iki vətəndaşında koronavirus aşkarlandı

Səyahət zamanı koronavirusdan necə qorunmalı: bunu hər kəs bilməlidir – FOTO – VİDEO

Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar qərargah fəaliyyətə başladı

“Panikaya” düşməyin: Koronavirusdan necə qorunmalı? – FOTO – VİDEO

S.Xankişiyeva

 

Paylaş:
756

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər