Ermənistanda koronavirusa yoluxanların sayı 3538, ölənlərin sayı 47 nəfər oldu | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanda koronavirusa yoluxanların sayı 3538, ölənlərin sayı 47 nəfər oldu

11:19 - 12 / 05 / 2020
Ermənistanda koronavirusa yoluxanların sayı 3538, ölənlərin sayı 47 nəfər oldu

Ermənistanda koronavirusa yoluxanların sayı 3 538 nəfərə çatıb.

1news.az xəbər verir ki, Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 146 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 1 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 47 nəfər koronavirusun qurbanı olub, 2 042 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.

1news.az

Paylaş:
848

Son xəbərlər

Bütün xəbərlər