Elmir Vəlizadənin sədrliyi ilə Onlayn “B2G Forum” keçirildi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Elmir Vəlizadənin sədrliyi ilə Onlayn “B2G Forum” keçirildi

14:10 - 13 / 05 / 2020
Elmir Vəlizadənin sədrliyi ilə Onlayn “B2G Forum” keçirildi

“Caspian European Club”ın təşkilatçılığı ilə onlayn “B2G Forum” keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə baş tutmuş forumda ölkəmizin informasiya-kommunikasiya texnologiyaları, eyni zamanda nəqliyyat sahəsini təmsil edən dövlət qurumlarının və kommersiya şirkətlərinin nümayəndələri iştirak ediblər.

Forum çərçivəsində “COVİD-19” koronavirus pandemiyası nəticəsində zərərçəkmiş şirkətlərin problemləri müzakirə olunub. Pandemiyanın istər informasiya-kommunikasiya texnologiyaları, istərsə də nəqliyyat sektorunun fəaliyyətinə mənfi təsirini azaltmaq məqsədilə dövlət tərəfindən göstərilən dəstəkdən danışılıb.

Nazir müavini Elmir Vəlizadə çıxışında ölkə rəhbərliyi tərəfindən Azərbaycanı regional nəqliyyat habına çevirmək məqsədinin qarşıya qoyulduğunu bildirib. Eyni zamanda söyləyib ki, bu dövr çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin “Azcloud” bulud infrastrukturu sayəsində “Servis olaraq videokonfrans” (VCaaS) xidməti Azərbaycanda da ilk dəfə olaraq həyata keçirilməyə başlanılıb. “Artıq istənilən şirkət və ya qurum məsafənin uzaqlığından asılı olmayaraq istər qlobal, istərsə də respublika səviyyəli fasiləsiz videotoplantılar keçirərək fəaliyyətinin yüksək səviyyədə davam etməsinə nail ola bilər. “AzInTelecom”un texniki və texnoloji dəstəyi, funksional sistemin düzgün qurulması sayəsində koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş beynəlxalq videokonfranslarda davamlı və keyfiyyətli canlı bağlantı yaradılır, bulud texnologiyaları əsasında görüş keçirilir”. Onun sözlərinə görə, Azərbaycanda İKT sektorunun ölkə iqtisadiyyatında rolu istənilən şəraitdə, eləcə də pandemiya dövründə çox önəmlidir.

Eyni zamanda, ölkəmizin tranzit imkanları və infrastrukturundan söz açan nazir müavini mövcud infrastrukturun yerli, o cümlədən xarici nəqliyyat və logistika şirkətlərinə bütün istiqamətlər üzrə yükdaşımaları həyata keçirməyə imkan verdiyini qeyd edib. Nazir müavini ona ünvanlanan sualları cavablandırıb.

Videotədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Azər Əliyev, nazirliyin yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev, iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən dövlət və özəl şirkətlərin top-menecerləri də iştirak ediblər. 

“Caspian European Club”un sədri Telman Əliyev üzv şirkətlərin top-menecerləri adından açıq müzakirələrə görə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, “Caspian European Club” tərəfindən yaradılmış “B2G Forum” beynəlxalq biznes-netvorkinq üçün unikal platforma rolunu oynayır. Bu videoforumlar Azərbaycan, Gürcüstan, Qazaxıstan, həmçinin digər Xəzər – Qara dəniz və Baltik regionu ölkələrinin iqtisadiyyatının müxtəlif sahələrini təmsil edən şirkət rəhbərlərinə yeni işgüzar əlaqələr qurmaq imkanını təqdim edir. “B2G Forum”lar aprelin 22-dən etibarən hər həftə onlayn rejimdə keçirilir. Məqsəd Azərbaycanda və “Caspian European Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühiti yaxşılaşdırmaq, həmçinin B2G, B2B və B2C formatlarında dialoqu stimullaşdırmaq və bu tədbirlərdə istənilən dövlət və özəl sektor əməkdaşlarının fəal iştirakını təmin etməkdir.

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un əsas məqsədi Azərbaycanda və Caspian European Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqu stimullaşdırmaqdan və onlarda iştirak etməkdən ibarətdir.  Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəliyi, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.

1news.az

Paylaş:
833

Son xəbərlər

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29
Bütün xəbərlər