Son sutkada dünyada 100 264 koronavirusa yoluxma halı qeydə alınıb
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 100 mindən çox artıb.
1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Mayın 25-ü saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 100 264 nəfər yeni koronavirusa yoluxub, 4 342 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 5 304 772, ölənlərin isə 342 029 nəfərə çatıb.
Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 2 395 295 yoluxma və 141 472 ölüm halı.
Bu göstəricilərə görə ikinci yerdə olan Avropada yoluxanların sayı 2 025 176, ölənlərin sayı isə 174 429 nəfərə çatıb.
Qərbi-Sakit okean regionunda ümumilikdə 427 832 yoluxma və 11 164 ölüm halı qeydə alınıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
1news.az