Daha 175 soydaşımız Moskvadan Vətənə gətirilib – FOTO   | 1news.az | Xəbərlər
İqtisadiyyat

Daha 175 soydaşımız Moskvadan Vətənə gətirilib – FOTO  

19:13 - 27 / 05 / 2020
Daha 175 soydaşımız Moskvadan Vətənə gətirilib – FOTO  

Bu gün Milli Aviadaşıyıcının çarter reysi ilə 175 nəfər Azərbaycan vətəndaşı Moskvadan Bakıya çatdırılıb.

1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata əsasən, ölkəyə gələn bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.

Qeyd edək ki,  çarter reysləri  AZAL tərəfindən  Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.

S.Xankişiyeva

 

Paylaş:
1175

Son xəbərlər

Bütün xəbərlər