Fransa senatı İlham Əliyevə təşəkkür edib
Fransanın Orn departamentindən senator, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Natali Qule Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib.
1news.az xəbər verir ki, məktubda deyilir:
Cənab Prezident. Artıq iyirmi ildən çoxdur bir-birimizi tanıyırıq və münasibətlərimizin səviyyəsini hər zaman yüksək qiymətləndirmişəm. Yaşadığımız bu böhranlı dövrdə müəyyən etdim ki, Bakıda keçirilən humanitar forumlarda səslənən sözlər və çıxışlar kağız üzərində qalmır. Əməllə sözlərin üst-üstə düşdüyünü gördüm.
Sizin qayğınız və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi sayəsində departamentimiz minlərlə maska, 210 test və qoruyucu geyimlərdən faydalanmışdır.
Buna görə şəxsən Sizə səmimi qəlbdən və rəğbət hissi ilə təşəkkür etmək istərdim. Tezliklə görüşəcəyimizə, daha səmərəli beynəlxalq əməkdaşlıq və ortaq humanizm maraqları naminə bütün bu mövzuları müzakirə edə biləcəyimizə ümid edirəm.
Cənab Prezident, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
1news.az