Deputat: 15 iyun tarixini yalnız Milli Dirçəliş Günü deyil, milliliyimizin dirçəliş günü olaraq qeyd etməyə əsas verir | 1news.az | Xəbərlər
Siyasət

Deputat: 15 iyun tarixini yalnız Milli Dirçəliş Günü deyil, milliliyimizin dirçəliş günü olaraq qeyd etməyə əsas verir

14:50 - 12 / 06 / 2020
Deputat: 15 iyun tarixini yalnız Milli Dirçəliş Günü deyil, milliliyimizin dirçəliş günü olaraq qeyd etməyə əsas verir

27 il keçdi. Tarixçilər üçün bu gün sadəcə əsrin epoxası, siyasətçilər üçün əhəmiyyətli bir hadisə, vətəndaşlar üçün isə etibar etdiyi və çoxdan gözlədiyi liderin qayıdışı kimi yadda qalıb.

27 il öncə baş verənlər sadəcə təqvimin tarixi olan siyasi hadisə deyil, dövlətimizin yaşamış olduğu inqilabi bir keçid - Heydər Əliyev hakimiyyətə qayıtmasıdır! Bəlkə illər lazım oldu ki, bu hadisənin əhəmiyyəti müxtəlif təhlilərə əsaslar yaratsın. Lakin o zaman çoxları bu haqda fikirləşmirdi. Çoxları tərəfindən məhz "indi nə etmək mümkündür?" sualına cavab axtarılırdı.

Sözügedən tarixdə Heydər Əliyevin hakimiyyətə qayıdışı cəmiyyətdə “sabahki günə” əminlik yaratdı. Bu cümlələr oxucularının əksəriyyəti o illəri çox yaxşı xatırladır: dövlətin ərazi bütövlüyü pozulması və nəticədə torpaqlarımızın işğal olunması, müxtəlif qondarma və separatçı qruplaşmalar tərəfindən "müstəqil ərazi vahidi” iddialarının olması cəhdlərinin göstərilməsi, “bugünkü gün” yanaşması ilə yaşayan vətəndaşların “sabahkı günü”nün qeyri-müəyyənliyinin olması.

Heydər Əliyev hakimiyyətə qayıdaraq, daxili siyasi böhran və beynəlxalq siyasi meydanda baş verən proseslərə rəğmən vəziyyətin məsuliyyətini bütövlükdə özünə götürməsi böyük iradə və xalqın etimadına əsaslanmışdır.

Bütün bunlar 15 İyun tarixini yalnız "Milli Dirçəliş Günü" deyil, milliliyimizin dirçəliş günü olaraq qeyd etməyə əsas verir. Milliliyimizin Dirçəlişi Günü mübarək!

Şahin Seyidzadə

Milli Məclisin deputatı

Paylaş:
2132

Son xəbərlər

Bütün xəbərlər