Azərbaycanla Çin arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edildi - FƏRMAN | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycanla Çin arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edildi - FƏRMAN

17:33 - 12 / 06 / 2020
Azərbaycanla Çin arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edildi - FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Fərmanla Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2020-ci il aprelin 13-də Pekin şəhərində imzalanmış Saziş təsdiq edilir.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərəcək.

1news.az

Paylaş:
1085

Son xəbərlər

Bütün xəbərlər