“Tesla” dünyanın ən bahalı avtomobil şirkəti oldu | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Tesla” dünyanın ən bahalı avtomobil şirkəti oldu

16:58 - 13 / 06 / 2020
“Tesla” dünyanın ən bahalı avtomobil şirkəti oldu

ABŞ-ın "Tesla" elektrik avtomobilləri şirkətinin səhmləri 6 faiz bahalaşıb.

1news.az xəbər verir ki, nəticədə İlon Maska məxsus "Tesla"nın kapitallaşması Yaponiyanın "Toyota" şirkətini keçərək ən bahalı avtomobil şirkəti olub.

Hazırda "Tesla"nın kapitallaşması 185,3 milyard dollara bərabərdir. 178,7 milyard dollar kapitallaşmaya malik "Toyota" 2-ci pilləyə geriləyib.

İlk üçlüyü 85,5 milyard dollar kapitallaşma ilə Almaniyanın "Volkswagen" şirkəti tamamlayır.

1news.az

Paylaş:
1140

Son xəbərlər

Bütün xəbərlər