Tibb işçiləri üçün güzəştlər! | 1news.az | Xəbərlər
İqtisadiyyat

Tibb işçiləri üçün güzəştlər!

12:30 - 17 / 06 / 2020
Tibb işçiləri üçün güzəştlər!

Tibb işçilərimizin fədakar əməyinə hər zaman yüksək dəyər verən Azərbaycan Beynəlxalq Bankı 17 İyun Tibb İşçilərinin Peşə Bayramı  gününü özünəməxsus tərzdə təbrik  edib.

Bank bu günə özəl olaraq tibb işçiləri üçün yeni kampaniyaya  start verib. Kampaniya çərçivəsində Azərbaycan Beynəlxalq Bankının TamKart Mastercard Gold, TamKart Visa Classic və TamKart Mastercard Standard kartları tibb işçilərinə pulsuz təklif edilir. Üstəlik, əməkhaqqını Azərbaycan Beynəlxalq Bankı vasitəsilə alan tibb işçilərinə bu kampaniya çərçivəsində TamKart üzrə ən azı 1000 AZN-lik kredit limiti ayrılacaq. TamKartın üstünlükləri, müştərilərə yaratdığı imkanlar haqqında ətraflı məlumatları buradan əldə etmək olar.

Kampaniya dövründə tibb işçiləri nağd pul kreditini də Azərbaycan Beynəlxalq Bankından 48 ayadək müddətə, 2% güzəştlə, cəmi 18%-dən başlayan faizlərlə, həm də komissiyasız əldə edə bilərlər. 10 000 manata  qədər kreditin rəsmiləşdirilməsinə görə onlardan zamin tələb olunmur. 17 iyundan 30 iyunadək davam edən bu kampaniyanın üstünlüklərindən Azərbaycanın hər bir tibb işçisi faydalana bilər.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

Paylaş:
1210

Son xəbərlər

FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05
Bütün xəbərlər