Kaliforniya radiosunda erməni daşnaklarının Hitlerə və Holokosta rəğbətini ifşa edən sənəd müzakirə edilib | 1news.az | Xəbərlər
Dünya

Kaliforniya radiosunda erməni daşnaklarının Hitlerə və Holokosta rəğbətini ifşa edən sənəd müzakirə edilib

11:16 - 18 / 06 / 2020
Kaliforniya radiosunda erməni daşnaklarının Hitlerə və Holokosta rəğbətini ifşa edən sənəd müzakirə edilib

Kaliforniyanın San Dieqo şəhərində fəaliyyət göstərən, ABŞ-da nəşr olunan “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” və “Erməni lobbisi və ABŞ-ın xarici siyasəti” kitablarının müəllifi jurnalist Raul Kontreras (Raoul Contreras) özünün “The Contreras Report” radio proqramında ötən ay Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun ABŞ Konqresi arxivlərində apardığı araşdırma nəticəsində aşkar edilmiş və erməni daşnaklarının Hitlerə və Holokost soyqırımına rəğbət bəslədiklərini ifşa edən sənəd haqda dinləyicilərə məlumat verib.

Bu barədə 1news.az-a Azərbaycan Respublikasının Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Bildirilib ki, verilişdə müəllif 1945-ci ildə ABŞ Nümayəndələr Palatasının Miçiqan ştatından olan üzvü, konqresmen Frank Hook-un erməni daşnaklarının Hitlerə və Holokosta rəğbət bəsləmələri, irqçi meylləri, habelə onların ABŞ ərazisində törətdikləri terror aktları barədə məqaləni Konqresin plenar iclasina təqdim etdiyini deyərək, həmin sənəddən çoxlu sayda sitatlar gətirərək məsələ ilə bağlı ətraflı müzakirələr aparır.

R.Kontreras İkinci Dünya Müharibəsi illərində faşist Almaniyası ordusu tərkibində yaradılmış Erməni Legionu, onun rəhbərlərindən olan erməni generallar Qaregin Njde və Drastamat Kanayan haqda ətraflı danışaraq, onların bu gün Ermənistanda milli qəhrəman səviyyəsinə qaldırıldığını, 2016-cı ildə Yerevanda Q.Njdeyə heykəl ucaldıldığını vurğulayır.

Jurnalist ABŞ-da əsas erməni lobbi təşkilatı olan Amerika Erməni Milli Komitəsinin (ANCA) radikal və iqrçi daşnakların davamçısı olduğunu, onların bir sıra ABŞ konqresmenlərini ələ alaraq Ermənistana ABŞ tərəfindən maddi yardımın ayrılmasına nail olmağa çalışdıqlarını diqqətə çatdırır. O, həmin vəsaitlərin ABŞ vergiödəyicilərinin pulları əsasında formalaşdığını deyərək, bunu yolverilməz adlandırır.

R.Kontreras daha sonra Ermənistanın ölkəmizə qarşı təcavüzü, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etdiyini qeyd edir.

Verilişdə jurnalist həmçinin erməni terror təşkilatı olan “ASALA”-nın ABŞ-dakı fəaliyyəti, xüsusilə türk diplomatlarına qarşı həyata keçirilən terror aktları haqda da ətraflı bəhs edir.

Radio verilişin tam versiyasını bu linkdə dinləmək mümkündür: https://the-contreras-report-an-hispanic-view-of-the-usa.castos.com/episodes/105-the-contreras-report-a-hispanic-view-of-the-usa 

Verilişin video versiyasını təqdim edirik:

Qafar Ağayev

Paylaş:
598

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər