“Qarabağ” Çempionlar Liqasında - Potensial rəqiblər | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” Çempionlar Liqasında - Potensial rəqiblər

17:50 - 19 / 06 / 2020
“Qarabağ” Çempionlar Liqasında - Potensial rəqiblər

"Qarabağ"ın Çempionlar Liqasının 2020/21 mövsümünün I təsnifat mərhələsinin püşkatması zamanı yer alacağı səbət müəyyənləşib.

Koronavirus pandemiyası üzündən Premyer Liqanın yarımçıq başa çatdırılması səbəbindən Azərbaycan çempionu elan edilən Qurban Qurbanovun komandası səpələnmiş olacaq. Buna səbəb 8 qat Azərbaycan çempionunun yüksək reytinqidir. Əyalət klubunun UEFA əmsalı 21,000-ə bərabərdir.

1news.az apasport.az-a istinadən xəbər verir ki, I təsnifat mərhələsində 34 komanda mübarizə aparacaq. Onlardan biri ilkin raundun qalibi olacaqsa, digər 33 klub yarışa buradan başlayacaq.

Artıq bu "33-lük"dən 24-ü bəllidir. "Qarabağ" reytinqinə görə 4-cü yerdədir. Azərbaycan çempionu yalnız "Seltik", "Astana" və "Srvena Zvezda"dan geri qalır.

4-cü yer isə artıq səpələnmiş olmağa təminat verir. Çünki hər səbətdə 17 komanda yer alacaq. Çempionu bilinməyən 9 ölkənin təmsilçisi yüksək əmsala malik olsa belə, hazırda ilk 8 pillədə olan komanda, o cümlədən "Qarabağ" güclü "17-lik"də qərarlaşacaq.

"Seltik", "Astana", "Srvena Zvezda"dan başqa, "Molde", "Şerif", "Ferensvaroş" və "Dandolk" da "Qarabağ"la eyni səbətdə yer aldığından çempionumuza rəqib olmayacaq. Əvəzində səpələnmədiyi dəqiqləşən 7 klub mümkün rəqiblərdir. Bunlar "Riqa", "Konnah", "Klaksvik", "Europa", "KuPS", "Reykyavik" və "Floriana"dır.

Çempionlar Liqası, 2020/21 mövsümü

I təsnifat mərhələsi

Səpələnmişlər

"Seltik" (Şotlandiya) - 34,000
"Astana" (Qazaxıstan) - 29,000
"Srvena Zvezda" (Serbiya) - 22,750
"Qarabağ" (Azərbaycan) - 21,000
"Molde" (Norveç) - 14,000
"Şerif" (Moldova) - 12,750
"Ferensvaroş" (Macarıstan) - 9,000
"Dandolk" (İrlandiya) - 8,500

Qeyri-müəyyənlər

"Suduva" (Litva) - 6,750
"Omoniya" (Kipr) - 5,350
"Vardar" (Şimali Makedoniya) - 5,000
"Sarayevo" (Bosniya və Herseqovina) - 4,750
"Fola" (Lüksemburq) - 4,750
"Dinamo" (Tbilisi, Gürcüstan) - 4,750
"Yurqorden" (İsveç) - 4,550
"Flora" (Estoniya) - 4,000
"Dinamo" (Brest, Belarus) - 3,775

Səpələnməmişlər

"Riqa" (Latviya) - 3,500
"Konnah" (Uels) - 3,250
"Klaksvik" (Farer adaları) - 2,750
"Europa" (Cəbəllütariq) - 2,750
"KuPS" (Finlandiya) - 2,500
"Reykyavik" (İslandiya) - 2,500
"Floriana" (Malta) - 1,150

1news.az

Paylaş:
1062

Sizin üçün xəbərlər

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər