Elçilikdə 9 nəfər koronavirusa yoluxdu | 1news.az | Xəbərlər
Dünya

Elçilikdə 9 nəfər koronavirusa yoluxdu

12:43 - 22 / 06 / 2020
Elçilikdə 9 nəfər koronavirusa yoluxdu

Türkiyədə Manisadan bir ailə Kütahyadan digər ailəyə elçiliyə gedib. Elçilikdən sonra 9 nəfər yeni növ koronavirusua yoluxub.

1news.az APA-ya istinadən bildirir ki, bu barədə Kütahyanın Tavşanlı kaymakamı məlumat yayıb.

Məmur bildirib ki, Tavşanlının Tepecik qəsəbəsində elçilik mərasimindən sonra qızları istənilən ailənin bir neçə üzvündə COVID-19 əlamətləri aşkarlanıb. Rayon Səhiyyə Müdürlüynün apardığı "filyasyon" (COVID-19 aşkarlanan şəxslə ünsiyyətdə olan şəxslərdə müayinə aparılması) əməliyyatı nəticəsində 6 yaşayış binasında yaşayan və qohumluq əlaqələri olan 9 nəfərdə koronavirus müəyyən edilib.

Binalar karantinə alınıb, Vəfa Dəstək Qrupu və rayon Jandarma qurumu, binanı nəzarətə götürüb.

1news.az

Paylaş:
622

Son xəbərlər

Bütün xəbərlər