90 nəfər əyləncə tədbirində koronavirusa yoluxdu | 1news.az | Xəbərlər
Dünya

90 nəfər əyləncə tədbirində koronavirusa yoluxdu

13:54 - 24 / 06 / 2020
90 nəfər əyləncə tədbirində koronavirusa yoluxdu

Portuqaliyanın cənubundakı Laquş şəhərində əyləncə tədbirində iştirak edən 90 nəfər koronavirusa yoluxub.

1news.az Trend-ə istinadən bildirir ki, tədbir iyunun 7-də baş tutub və burada yalnız 7 nəfərin iştirakı planlaşdırılıb. Lakin tədbirə 100-dən çox qonaq gəlib. Bununla əlaqədar klub rəhbərliyi polis çağırmalı olub. Bir müddət sonra orada iştirak edən 90 nəfərdə koronavirus aşkar edilib.

Qeyd edək ki, Portuqaliyada 20-dən çox şəxsin bir yerə toplaşması qadağandır. Bu günədək ölkədə 39 mindən çox yoluxma qeydə alınıb, 1 530 nəfər ölüb.

1news.az 

Paylaş:
535

Son xəbərlər

Bütün xəbərlər