Ermənilər işğal altında olan Azərbaycan torpaqlarında hərbi təlim keçir | 1news.az | Xəbərlər
Ermənistan

Ermənilər işğal altında olan Azərbaycan torpaqlarında hərbi təlim keçir

11:39 - 26 / 06 / 2020
Ermənilər işğal altında olan Azərbaycan torpaqlarında hərbi təlim keçir

Ermənistan Silahlı Qüvvələrinin bölmələri işğal altında olan Azərbaycan torpaqlarında növbəti dəfə hərbi təlimlərə başlayıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ermənilər bu dəfə də Ağdamın Uzundərə adlanan ərazisində cəmləşib. İşğalçı ordunun hərbçiləri təlimlərə bu gün saat 11:00 radələrində başlayıb. Uzundərədə quraşdırılan ağır artilleriya qurğularından çıxan mərmilər Şahbulaq yüksəkliyinin ətrafındakı dağ massivinə düşür. Mərmilər hədəfə dəyərkən çıxan partlayış səsləri cəbhəyanı yaşayış məntəqələrindən eşidilir.

S.Xankişiyeva

 

 

 

Paylaş:
1211

Son xəbərlər

Bütün xəbərlər