İş adamlarının qətllərini sifariş verən rusiyalı qubernator saxlanıldı - VİDEO | 1news.az | Xəbərlər
Dünya

İş adamlarının qətllərini sifariş verən rusiyalı qubernator saxlanıldı - VİDEO

16:52 - 09 / 07 / 2020
İş adamlarının qətllərini sifariş verən rusiyalı qubernator saxlanıldı - VİDEO

Rusiyanın Xabarovsk diyarının qubernatoru Sergey Furqal bir sıra sahibkarların qətlində və qətlinə cəhddə ittiham olunaraq saxlanılıb.

1news.az oxu.az-a istinadən xəbər verir ki, onun saxlanılmasının görüntülərini paylaşıb.

Məlumata görə, cinayətlər 2004-2005-ci illərdə Xabarovsk diyarında və Amur vilayətində törədilib. Bildirilir ki, qubernator mütəşəkkil cinayətkar dəstənin tərkibində fəaliyyət göstərib. Furqaldan əlavə, cinayətkar dəstənin daha 4 üzvü saxlanılıb və həbs edilib.

Qeyd edək ki, Sergey Furqal 2018-ci ilin sentyabr ayında qubernator seçilib, bundan əvvəl isə 12 il Xabarovsk diyarını Rusiya Dövlət Dumasının Federasiya Şurasında təmsil edib.

1news.az

Paylaş:
838

Son xəbərlər

Bütün xəbərlər