Kassirin səhvi pensiyaçını milyonçu etdi
Kanadalı pensiyaçı Maykl Batt kassir qadının səhvi sayəsində milyonçu olub.
1news.az AZƏRTAC-a istinadən bildirir ki, 82 yaşlı Kombermer sakini "Lotto 6/49" lotereya bileti almaq istəyib, lakin kassir səhvən ona "Lotto Max" bileti verib. Nəticədə pensiyaçı 1 milyon Kanada dolları həcmində uduşun sahibi olub. O, uduşu sənədləşdirərkən kassirə bəxşiş verdiyini deyib.
"Əgər kassir səhvə yol verməsəydi, milyonu qazana bilməyəcəkdim", - deyə pensiyaçı etiraf edib.
Eyni zamanda, məlum olub ki, Maykl Battın qardaşı da 1980-ci illərin sonlarında lotereyada 3,5 milyon Kanada dolları udubmuş.
1news.az
531