Ermənistan iktilərini açıqlayır | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan iktilərini açıqlayır

12:48 - 15 / 07 / 2020
Ermənistan iktilərini açıqlayır

Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi nəticəsində Ermənistan tərəfi böyük itkilər verib.

1news.az-ın verdiyi xəbərə görə, Ermənistan müdafiə nazirliyinin sözçüsü Şuşan Stepanyan öz Facebook səhifəsində bu barədə paylaşım edib.

“10 hərbi qulluqçu yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti xüsusilə ağırdır”.

Qeyd edək ki, 12 iyul tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Azərbaycan Ordusu düşməni yerində oturdub və cavab zərbələri endirilib.

S.Xankişiyeva

 

Paylaş:
1279

Son xəbərlər

Bütün xəbərlər