Yer üzündə bütün canlıları əhatə edən vahid atlas yaradılacaq | 1news.az | Xəbərlər
Dünya

Yer üzündə bütün canlıları əhatə edən vahid atlas yaradılacaq

18:00 - 17 / 07 / 2020
Yer üzündə bütün canlıları əhatə edən vahid atlas yaradılacaq

Bioloqlar planetdə olan canlıların bütün nümayəndələrini əhatə edən ümumi taksonomik atlas yaratmaq təklifini irəli sürüblər. Canlıların təsnifatı üçün alimlər sadə meyarlar seçimi işləyib hazırlayıblar. Belə atlasın yaradılması canlıların, mikrobların və bitkilərin kəşfində və ya təkrar kəşfində dolaşıqlığı azaldacaq. Bu barədə məqalə "PLOS ONE" elmi jurnalında dərc olunub.

1news.az AZƏRTAC-a istinadən bildirir ki, məqalə müəlliflərindən biri - Çarlz Darvin Universitetinin (Avstraliya) professoru Stiven Qarnettin fikrincə, məlum canlıların hamısının siyahısının tərtib etmək çox mürəkkəb problemdir. Hazırda hamı tərəfindən qəbul olunan bir taksonomik atlas yoxdur. Bununla belə bəzi qrup canlıların, məsələn, məməlilərin və quşların bu cür bir neçə siyahısı var, lakin digər canlılar və bitkilər üçün belə siyahı bir dənə də yoxdur.

Əsasını Karl Linneyin qoymuş olduğu müasir taksonomik sistem meydana gələndən sonra bioloqlar on minlərlə yeni növ bitkilər, mikroblar, həşəratlar, məməlilər, balıqlar, flora və faunanın digər nümayəndələrini kəşf ediblər. Hətta bu kəşflərdən bəziləri sonralar "unudulub". Bu səbəbdən də son iki əsrdə çoxlu sayda variantlar və dolaşıqlıq yaranıb. Vəziyyəti mürəkkəbləşdirən digər cəhət isə ondan ibarətdir ki, bitki və heyvanların müxtəlif cins, sinif və ya fəsiləsinin kəşfi, habelə genetik tədqiqatlar alimləri təkamül ağacında onların yerini müəyyənləşdirməyə sövq edir.

Bu problemlə hələ XIX əsrin ortalarında qarşılaşmış alimlər onu taksonomik atlasların köməyilə həll etməyə çalışıblar. Buna baxmayaraq indi heyvanların, bitkilərin və mikrobların yüzlərlə növü var ki, bu cür siyahıları tərtib edənlərin bəziləri bunları qəbul edir, digərləri yox. Canlıların bəzilərinin adlandırılması da fərqlidir.

Qarnett və onun həmkarları Yer üzündə bütün canlıların ilk vahid atlasının hazırlanması üçün on prinsipdən istifadə olunmasını təklif ediblər. Professorun fikrincə, bu sənədin hazırlanması nəinki bir çox elmi disputları, həm də ekologiya, diplomatiya və biotəhlükəsizliklə bağlı çoxlu sayda problemləri həll edə bilər. Bu sahədə hamı tərəfindən qəbul edilmiş standartlar olmadığı üçün çox vaxt ərzaq məhsullarının və ya nadir heyvan növlərinin ticarəti ilə bağlı beynəlxalq sazişlərin imzalanmasında problemlər ortaya çıxır.

Alimlər ümid edirlər ki, onların təklifi həm taksonomiya sahəsində mütəxəssisləri, həm də Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi (IUCN), CITES-in ("Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət haqqında" Konvensiya) katibliyi kimi beynəlxalq bioloji təşkilatların məmurlarının diqqətini cəlb edəcək. Bu təşkilatlar müvafiq siyahıların hazırlanması və praktikada tətbiqi üçün platforma olmalıdır.

Hazırda Beynəlxalq Biologiya Elmləri İttifaqı (IUBS) alimlərin təklifini dəstəkləyib. Onların nümayəndələri bu cür atlasın pilot versiyasını hazırlamaq üçün Qarnettin və onun həmkarlarının on prinsipindən istifadə etməyi planlaşdırırlar.

1news.az

Paylaş:
730

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər