Azərbaycan Beynəlxalq Bankı 48 ailənin özünüməşğulluğunu təmin etdi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankı 48 ailənin özünüməşğulluğunu təmin etdi

11:20 - 22 / 07 / 2020
Azərbaycan Beynəlxalq Bankı 48 ailənin özünüməşğulluğunu təmin etdi

Azərbaycan Beynəlxalq Bankı aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsi məqsədilə həyata keçirilən özünüməşğulluq proqramında iştirakını genişləndirir.

Apreldən başlayaraq indiyə qədər 48 aztəminatlı ailəyə Bank kiçik biznes qurmaqdan ötrü lazımi avadanlıqlar alıb.

Bankın özünüməşğulluğuna dəstək verdiyi ailələrin 23-ü Bakı və Bakıətrafı ərazilərdə, 9-u Gəncə, 3-ü Şirvan, 2-i Sumqayıt şəhərində, 2-i Abşeron, 2-i Sabirabad, 2-i İsmayıllı, 2-i Füzuli, 1-i Tovuz, 1-i Cəlilabad, 1-i Zaqatala rayonunda yaşayır.

Azərbaycan Beynəlxalq Bankının köməyi ilə kiçik biznes qurub özünün və ailəsinin dolanışığını təmin edəcək vətəndaşlarımızın 9 nəfərinin məcburi köçkün, 13 nəfərinin fiziki məhdudiyyətli,1 nəfərinin şəhid ailəsinin üzvü, 1 nəfərinin isə cəzaçəkmə müəssisəsindən azad edilmiş və hazırda sosial adaptasiyaya ehtiyacı olan şəxs olması bu layihənin dəyərini daha da artırır.

Kiçik biznes qurmaqda kömək göstərilən aztəminatlı vətəndaşların 16 nəfərinin qadın olması isə ölkəmizdə qadın sahibkarlığının inkişafına, qadınların məşğulluğunun təmin edilməsinə Azərbaycan Beynəlxalq Bankının daha bir töhfəsidir.    

Bu ailələrin özünüməşğulluq fəaliyyəti maldarlıq və broyler təsərrüfatı, un məmulatlarının istehsalı, tekstil,mebel,avtotəmir, sağlamlıq, əyləncə və s. bu kimi sahələri əhatə edəcək.

Məlumat üçün bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icra etdiyi özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələr öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edilir. Azərbaycan Beynəlxalq Bankı isə həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq proqramı,həm də Nazirliklə Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində həssas əhali qruplarının özünüməşğulluğunadəstək verir.

Burada məqsəd həmin ailələrə kiçik biznes qurmaq, yaxud mövcud biznesi inkişaf etdirmək üçün şərait yaratmaqdır. Elə proqramın unikallığı da vətəndaşlara nağd vəsaitin ayrılmaması, göstərilən köməyin sırf biznes yönümlü olması, daimi məşğulluğa yönəlməsidir. Azərbaycan Beynəlxalq Bankı da kiçik və orta biznesin inkişafına dəstək strategiyasından və korporativ sosial məsuliyyət prinsiplərindən irəli gələrək bu proqramda fəal iştirak edir. Həmin ailələri isə Dövlət Məşğulluq Xidməti müəyyən edir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

Paylaş:
1388

Son xəbərlər

Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23
Bütün xəbərlər