Koronavirusdan sağalanların sayı 10 milyonu keçdi - STATİSTİKA
Dünyada koronavirusa yoluxanların sayı 16 421 465 nəfərə çatıb.
1news.az xəbər verir ki, virusdan 652 276 xəstənin öldüyü, 10 051 644 nəfərin isə sağaldığı məlumdur.
Koronavirusa ən çox yoluxma (5 129 906 nəfər) Şimali Amerikada, ölkələr arasında isə ABŞ-da (4 371 839 nəfər) müşahidə edilir. İkinci yeri 2 419 901 yoluxma ilə Braziliya, üçüncü yeri isə 1 436 019 nəfərlə Hindistan tutur.
Azərbaycanda koronavirusa yoluxan 30 050 xəstənin 22 684 nəfəri sağalıb, 417-si həyatını itirib.
1news.az
721