Avropa ölkələrində karantin tədbirləri gücləndirilir | 1news.az | Xəbərlər
Dünya

Avropa ölkələrində karantin tədbirləri gücləndirilir

16:51 - 28 / 07 / 2020
Avropa ölkələrində karantin tədbirləri gücləndirilir

Belçikada koronavirus infeksiyasına yoluxma sayının yenidən artması ilə əlaqədar karantin tədbirləri gücləndirilib.

1news.az Trend-ə istinadən xəbər verir ki, iyulub 29-dan başlayaraq sakinlər ailə üzvləri xaricində gün ərzində ən çox 5 nəfərlə görüşə biləcək.

Kütləvi toplantılar zamanı say həddi 200 nəfərdən 100 nəfərədək azaldılıb.

Almaniyada isə ölkənin səhiyyə naziri Yens Span yüksək risk qrupu ölkələrindən Almaniyaya gələn şəxslərin icbari olaraq koronavirus testindən keçəcəyini bildirib.

Fransanın şimal-qərbindəki Bretan əyalətində yoluxma hallarının artması ilə əlaqədar çimərliklərə axşam saatlarından sonra daxil olmaq qadağan edilib.

1news.az 

Paylaş:
724

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər