Bu ölkədə karantin daha iki həftə uzadıldı | 1news.az | Xəbərlər
Dünya

Bu ölkədə karantin daha iki həftə uzadıldı

17:53 - 29 / 07 / 2020
Bu ölkədə karantin daha iki həftə uzadıldı

Qazaxıstan koronavirusa qarşı mübarizə məqsədilə məhdudlaşdırıcı tədbirləri daha iki həftə uzadılıb.

1news.az oxu.az-a istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə epidemioloji vəziyyətlə əlaqədar keçirdiyi iclasda qərar verib.

Qazaxıstan Prezident bildirib ki, karantin müddətinin daha iki həftə uzadılması vətəndaşların sağlamlığı və pandemiyadan həyatını itirənlərin sayının azaldılması üçün vacibdir.

Qeyd edək ki, Qazaxıstanda COVID-19-dan 793 nəfər vəfat edib. Ümumilikdə 86 192 nəfər virusa yoluxub, 56 638 nəfər isə xəstəliyə qalib gəlib.

1news.az

Paylaş:
827

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər