Türkiyə Super Liqasında komanda sayı artırıldı
Türkiyə Super Liqasında I Liqaya enmə qaydası 2020/2021 mövsümü üçün ləğv olunub.
1news.az goal.az-a istinadən xəbər verir ki, cari mövsüm 18 komandalı çempionatda son 3 pilləni tutan "Ankaragücü", "Yeni Malatyaspor" və "Kayserispor" klubları elitanı tərk etməyəcək. I Liqadan daha 3 komandanın gəlişi ilə növbəti mövsüm Superliqada iştirakçı sayı 21-ə çatdırılacaq.
2020/2021 mövsümünün sonunda isə axırıncı 4 yeri tutacaq klublar I Liqaya enəcək, onları isə 3 yeni komanda əvəzləyəcək. Beləliklə, 2021/2022 mövsümündən Superliqa 20 komanda ilə keçiriləcək.
Bu yolla 20 komandalı çempionatda ümumi gəlirin 44,8 faiz artaraq, 7,24 milyard lirəyə yüksəlişi proqnozlaşdırılır.
Digər tərəfdən, legioner limiti ilə bağlı qəbul olunmuş yeni qaydaların 1 il təxirə salınması nəzərdə tutulub.
1news.az