Qazaxda yeni məktəb binası tikiləcək - SƏRƏNCAM | 1news.az | Xəbərlər
Rəsmi

Qazaxda yeni məktəb binası tikiləcək - SƏRƏNCAM

16:40 - 04 / 08 / 2020
Qazaxda yeni məktəb binası tikiləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev "Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 mart tarixli 1899 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Sərəncama əsasən, "Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 mart tarixli 1899 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 284) adında, 1-ci və 3-cü hissələrində "əsaslı təmiri" sözləri "sökülərək yenidən tikilməsi" sözləri ilə əvəz edilir.

1news.az

Paylaş:
732

Son xəbərlər

Bütün xəbərlər